• Home  
  • Almaniyada helikopter qəzaya uğrayıb, pilot ölüb
- Dünya - Gündəm - Hadisə

Almaniyada helikopter qəzaya uğrayıb, pilot ölüb

Noydorf və Berenştayn (Almaniya) arasındakı meşədə helikopter qəzaya uğrayıb, nəticədə pilot ölüb. Əks-səda xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb. Bildirilib ki, qəzadan sonra yanğın başlayıb və helikopter tamamilə yanıb. Yanğını söndürmək üçün bir neçə yanğınsöndürmə heyəti cəlb edilib, çünki hadisə Erzgebirge silsiləsinin (Filiz dağları – red.) tərkibinə daxil olan 887 metr hündürlüyündəki […]

Noydorf və Berenştayn (Almaniya) arasındakı meşədə helikopter qəzaya uğrayıb, nəticədə pilot ölüb.

Əks-səda xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb.

Bildirilib ki, qəzadan sonra yanğın başlayıb və helikopter tamamilə yanıb.

Yanğını söndürmək üçün bir neçə yanğınsöndürmə heyəti cəlb edilib, çünki hadisə Erzgebirge silsiləsinin (Filiz dağları – red.) tərkibinə daxil olan 887 metr hündürlüyündəki dağın yaxınlığında baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.