Böyük Britaniyanın Uels inzibati ərazisində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Əks-səda polis açıqlamasına istinadən xəbər verir ki, qəza Qvineddə baş verib.
“Şimali Uels polisi İngiltərədəki aerodromdan qalxan yüngül mühərrikli təyyarənin təyin olunmuş vaxtda Karnarvon hava limanına çatmadığı barədə məlumat alıb”, – hüquq-mühafizə orqanlarının açıqlamasında deyilir.
Qeyd olunur ki, aerodromdan təxminən 60 km məsafədə yerləşən çətin keçilən ərazidə başlayan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları və göyərtədəki iki nəfərin meyitləri tapılıb.
Təyyarənin modeli və ölənlərin şəxsiyyətləri barədə əlavə məlumat açıqlanmır.


