• Home  
  • Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilib
- Cəmiyyət - Gündəm - Ölkə

Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilib

M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib. Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 2 nömrəli marşrut: “Dərnəgül” m/st istiqamətində: Puşkin […]

M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.

Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

2 nömrəli marşrut:

“Dərnəgül” m/st istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı;

Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

10 nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

20 nömrəli marşrut:

Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.

88A nömrəli marşrut:

Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi Muğan bağının qarşısı;

“Azadlıq prospekti” m/st istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.