• Home  
  • Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb
- Dünya - Gündəm - Maraqlı

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

Almaniyanın Baltik dənizi sahillərində anomaliya xarakterli isti hava səbəbindən zəhərli göy-yaşıl yosunlar yayılıb. Əks-səda Der Spiegel jurnalına istinadən xəbər verir ki, bunu Federal Dəniz Gəmiçiliyi və Hidroqrafiya İdarəsinin peyk görüntüləri təsdiqləyib. Qeyd olunub ki, sianobakteriyalar Rostokdan Hiddense adasına qədər sahil xətti boyunca böyük miqyasda yayılıb. Onlar ölkənin şimalındakı göllərdə də aşkarlanıb. Bu səbəbdən Şlezviq-Holşteyn hakimiyyəti artıq […]

Almaniyanın Baltik dənizi sahillərində anomaliya xarakterli isti hava səbəbindən zəhərli göy-yaşıl yosunlar yayılıb.

Əks-səda Der Spiegel jurnalına istinadən xəbər verir ki, bunu Federal Dəniz Gəmiçiliyi və Hidroqrafiya İdarəsinin peyk görüntüləri təsdiqləyib.

Qeyd olunub ki, sianobakteriyalar Rostokdan Hiddense adasına qədər sahil xətti boyunca böyük miqyasda yayılıb. Onlar ölkənin şimalındakı göllərdə də aşkarlanıb. Bu səbəbdən Şlezviq-Holşteyn hakimiyyəti artıq Baltik dənizində və bir sıra digər su hövzələrində çimməyə qadağa qoyub.

Bu mikroorqanizmlərin kütləvi şəkildə toplanmasına suyun yüksək temperaturu və zəif su dövranı səbəb olub.

Göy-yaşıl yosunlar allergiyaya, dərinin və selikli qişaların qıcıqlanmasına, həmçinin ürəkbulanma və qusmaya səbəb ola bilən toksinlər ifraz edə bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.