• Home  
  • İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub
- Dünya - Gündəm - Hadisə

İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub

İranda ötən ilin dekabrında baş verən iğtişaşlarda iştirak edən Şəhram Sadiqi edam olunub. Əks-səda Tasnim” agentliyinə istinadən xəbər verir ki, Şəhram Sadiqi kütləvi etirazlar zamanı avtomobili hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə sürməkdə ittiham olunurdu. Qeyd edilib ki, hadisə nəticəsində 7 güc strukturu əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Həmçinin bildirilib ki, hadisədən sonra Sadiqi hadisə yerindən qaçıb, daha […]

İranda ötən ilin dekabrında baş verən iğtişaşlarda iştirak edən Şəhram Sadiqi edam olunub.

Əks-səda Tasnim” agentliyinə istinadən xəbər verir ki, Şəhram Sadiqi kütləvi etirazlar zamanı avtomobili hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə sürməkdə ittiham olunurdu.

Qeyd edilib ki, hadisə nəticəsində 7 güc strukturu əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Həmçinin bildirilib ki, hadisədən sonra Sadiqi hadisə yerindən qaçıb, daha sonra isə öz avtomobilini yandırıb. Sonradan həbs edilən Ş. Sadiqi barəsində ölüm hökmü çıxarılıb və hökm bu gün icra edilib.

İyulun 28-də də iğtişaşlarda iştirakda ittiham olunan iki nəfər də edam edilmişdi.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.