• Home  
  • Macarıstanda baş verən avtobus qəzasında 12 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Macarıstanda baş verən avtobus qəzasında 12 nəfər ölüb

Macarıstanda avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub, azı 10 nəfər ağır yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar özünün “Facebook” səhifəsində məlumat paylaşıb. “Avqustun 16-sı gecə saatlarında “M3″ avtomagistralı ilə Niredqaza istiqamətində hərəkət edən Polşa nömrəli avtobus qəflətən yoldan çıxaraq xəndəyə düşüb və aşıb”, – məlumatda bildirilib. Macarıstan polisinin […]

Macarıstanda avtobusun qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub, azı 10 nəfər ağır yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

“Avqustun 16-sı gecə saatlarında “M3″ avtomagistralı ilə Niredqaza istiqamətində hərəkət edən Polşa nömrəli avtobus qəflətən yoldan çıxaraq xəndəyə düşüb və aşıb”, – məlumatda bildirilib.

Macarıstan polisinin ilkin məlumatına görə, sükan arxasında yuxuya gedən avtobus sürücüsü saxlanılıb. Dəqiqləşdirilib ki, turist avtobusunda 57 sərnişin və iki sürücü olub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda qəza yerində xilasetmə işləri aparılır və qəzanın başvermə səbəbi araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.