• Home  
  • İspaniyadakı daşqınlarda iki nəfər həlak olub
- Dünya - Gündəm - Hadisə

İspaniyadakı daşqınlarda iki nəfər həlak olub

İspaniyanın şimal-qərbində leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində iki qadın həlak olub. Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Qeyd olunub ki, fırtına və güclü yağışlarla əlaqədar İspaniyanın yeddi regionunda “sarı təhlükə” rejimi tətbiq edilib. Fövqəladə xidmətlərin məlumatına görə, 60 və 80 yaşlarında iki qadın Pontevedra yaxınlığındakı […]

İspaniyanın şimal-qərbində leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində iki qadın həlak olub.

Əks-səda “Reuters”ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunub ki, fırtına və güclü yağışlarla əlaqədar İspaniyanın yeddi regionunda “sarı təhlükə” rejimi tətbiq edilib.

Fövqəladə xidmətlərin məlumatına görə, 60 və 80 yaşlarında iki qadın Pontevedra yaxınlığındakı həlak olub. İki uşaq əzilmələrlə xəstəxanaya yerləşdirilib.

Bazar günü İspaniyanın mülki müdafiə xidməti Mərkəzi və Şimali İspaniyanın yeddi regionunda fırtına və leysan yağışları barədə xəbərdarlıq edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.