• Home  
  • İsrail “Hizbullah”ın yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb
- Dünya - Gündəm - Hadisə

İsrail “Hizbullah”ın yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri (İMQ) “Hizbullah” qruplaşmasının “Bədr” xüsusi təyinatlı bölməsinin komandiri Əbu Həsən Əlanı məhv edib. Əks-səda xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “İsrail hücumu “Hizbullah”ın Livanın cənubundakı “təhlükəsizlik zonası”nda İMQ əsgərlərinə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirib”, – İsrail hərbçiləri iddia ediblər. Məlumata görə, Əla İsrail hərbçilərinə qarşı hücumların, o cümlədən […]

İsrail Müdafiə Qüvvələri (İMQ) “Hizbullah” qruplaşmasının “Bədr” xüsusi təyinatlı bölməsinin komandiri Əbu Həsən Əlanı məhv edib.

Əks-səda xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail hücumu “Hizbullah”ın Livanın cənubundakı “təhlükəsizlik zonası”nda İMQ əsgərlərinə qarşı hərəkətlərinə cavab olaraq həyata keçirib”, – İsrail hərbçiləri iddia ediblər. Məlumata görə, Əla İsrail hərbçilərinə qarşı hücumların, o cümlədən Livanın cənubundakı əsgər mövqelərinə PUA-larla hücumların hazırlanmasında iştirak edib.

Xatırladaq ki, İsrail və Livan arasında növbəti eskalasiya martın əvvəlində baş verib. Ölkələr ABŞ-nin dəstəyi ilə iyunun 26-da İsrail qoşunlarının Livandan çıxarılmasını və “Hizbullah”ın tərk-silah edilməsini nəzərdə tutan sülh sazişi imzalayıblar. Lakin tərəflər qarşılıqlı zərbələr endirməyə davam edirlər. İMQ-nin Livanın cənubuna endirdiyi son zərbələrdən birində 11 nəfər həlak olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.