• Home  
  • Çexiyada 39 meteostansiya temperatur rekordlarını qeydə alıb
- Dünya - Gündəm

Çexiyada 39 meteostansiya temperatur rekordlarını qeydə alıb

Çexiyadakı 170 hava stansiyasından 39-u 16 avqustda temperatur rekordlarını qeydə alıb. Əks-səda CTK agentliyinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Hidrometeorologiya İnstitutu məlumat yayıb. Bazar günü ən isti temperatur ölkənin şərq bölgələrində – Moraviya və Sileziyada qeydə alınıb. Hodonin şəhəri yaxınlığında temperatur 37,6 dərəcəyə yüksəlib. Meteoroloqların məlumatına görə, bu yay Çexiyada rekord səviyyədə istilərdən biri […]

Çexiyadakı 170 hava stansiyasından 39-u 16 avqustda temperatur rekordlarını qeydə alıb.

Əks-səda CTK agentliyinə istinadən xəbər verir ki, bu barədə Çexiyanın Hidrometeorologiya İnstitutu məlumat yayıb.

Bazar günü ən isti temperatur ölkənin şərq bölgələrində – Moraviya və Sileziyada qeydə alınıb. Hodonin şəhəri yaxınlığında temperatur 37,6 dərəcəyə yüksəlib.

Meteoroloqların məlumatına görə, bu yay Çexiyada rekord səviyyədə istilərdən biri olacaq.

Hakimiyyət orqanları həmçinin ölkənin 88 %-ni əhatə edən quraqlığın genişlənməsindən narahatdırlar. Quraqlıqla mübarizə aparmaq üçün hökumət yaxın gələcəkdə 4 milyard kron (təxminən 190 milyon ABŞ dolları) ayıracaq.

Qeyd edək ki, 17 avqustda hökumət Baş nazir və nazirlərin məzuniyyətdən qayıtmasından sonra ilk iclasında quraqlıq vəziyyətini müzakirə edəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.