• Home  
  • Gələn həftə ilin ikinci Ay tutulması olacaq
- Dünya - Elm - Gündəm - Ölkə

Gələn həftə ilin ikinci Ay tutulması olacaq

İlin ikinci Ay tutulması avqustun 28-də baş verəcək. Əks-səda xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib. Bildirilib ki, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması avqustun 28-də saat 05:23:55-də, qismən tutulma […]

İlin ikinci Ay tutulması avqustun 28-də baş verəcək.

Əks-səda xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Bildirilib ki, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq.

Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması avqustun 28-də saat 05:23:55-də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatacaq.

Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə – Ay batana qədər müşahidə etmək mümkün olacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.