• Home  
  • Tovuzda su kanalından iki meyit aşkarlanıb
- Gündəm - Hadisə - Ölkə

Tovuzda su kanalından iki meyit aşkarlanıb

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalından iki kişi meyiti aşkar edilib. Əks-səda xəbər verir ki, meyitlərdən biri “VAZ 2107” markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyiti xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və aidiyyəti üzrə təhvil […]

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalından iki kişi meyiti aşkar edilib.

Əks-səda xəbər verir ki, meyitlərdən biri “VAZ 2107” markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyiti xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan şəxs Xatınlı kənd sakini Həziyev Səid Sakit oğlu, digəri isə Müseyibov Arzu Şahmar ogludur.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbi araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.