• Home  
  • Çində qopmuş hər iki ayağın replantasiyası həyata keçirilib
- Dünya - Elm - Maraqlı - Sağlamlıq

Çində qopmuş hər iki ayağın replantasiyası həyata keçirilib

Çinli həkimlər qəza nəticəsində hər iki ayağını itirmiş xəstəyə ayaqların cərrahi yolla yenidən birləşdirilməsi əməliyyatını həyata keçiriblər. Əks-səda Çin KİV-ə istinadən xəbər verir ki, əməliyyat bud nahiyəsi səviyyəsində aşağı ətrafların uğurlu replantasiyasının dünyada ilk halıdır. 51 yaşlı Tszyan soyadlı kişi 2024-cü ilin sonunda zavodda baş verən qəza nəticəsində hər iki ayağını itirib. Ayaqların replantasiyası əməliyyatı Çinin şərqində […]

Çinli həkimlər qəza nəticəsində hər iki ayağını itirmiş xəstəyə ayaqların cərrahi yolla yenidən birləşdirilməsi əməliyyatını həyata keçiriblər.

Əks-səda Çin KİV-ə istinadən xəbər verir ki, əməliyyat bud nahiyəsi səviyyəsində aşağı ətrafların uğurlu replantasiyasının dünyada ilk halıdır.

51 yaşlı Tszyan soyadlı kişi 2024-cü ilin sonunda zavodda baş verən qəza nəticəsində hər iki ayağını itirib. Ayaqların replantasiyası əməliyyatı Çinin şərqində yerləşən Jiangsu əyalətindəki Suçjou Ruixua Ortopedik Xəstəxanasında aparılıb. Əməliyyat təxminən səkkiz saat davam edib.

Xəstəyə sümük transplantasiyası həyata keçirilib və bud sümükləri xüsusi fiksasiya lövhələri ilə bərkidilib.

Əməliyyatdan bir ildən çox müddət sonra kişi əvvəlcə ayaqlarını qaldıra bilib, daha sonra isə ayaq üstə durmağa və xodunokun (yeriməyə dəstək verən vasitə) köməyi ilə yeriməyə başlayıb. Hazırda onun reabilitasiya prosesi davam edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.