• Home  
  • Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub
- Dünya - Gündəm - Hadisə

Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub

Hörmüz boğazında naməlum gəmi mərmi ilə vurulub, ekipaj üzvlərindən biri həlak olub. Əks-səda Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir ki, hadisə gəmi boğazdan çıxarkən baş verib. Zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri həyatını itirib. Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir. Hadisənin […]

Hörmüz boğazında naməlum gəmi mərmi ilə vurulub, ekipaj üzvlərindən biri həlak olub.

Əks-səda Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları üzrə Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir ki, hadisə gəmi boğazdan çıxarkən baş verib.

Zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib və ekipaj üzvlərindən biri həyatını itirib. Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilir.

Hadisənin səbəbləri və hücumun kim tərəfindən həyata keçirildiyi araşdırılır. UKMTO regionda fəaliyyət göstərən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Hörmüz boğazında son günlər gəmiçiliyə qarşı təhlükələrin artması fonunda baş verən son insident regionda dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb. Bölgədə əvvəl də bir neçə kommersiya gəmisinin hücuma məruz qalması barədə məlumatlar yayılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.