• Home  
  • Filippində məktəbdə baş verən atışmada 2 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Filippində məktəbdə baş verən atışmada 2 nəfər ölüb

Filippində Ateneo de Zamboanga Universitetinin məktəbində baş verən atışma nəticəsində azı iki nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə ABS-CBN News telekanalı polisə istinadən məlumat yayıb. Qeyd olunub ki, hücum edənin kimliyi müəyyənləşdirilir. “Manila Bulletin” qəzetinin məlumatına əsasən, atışma zamanı şagirdlərdən biri hadisəni canlı yayımlayıb. Hadisə yerindən çəkilən görüntülərdə naməlum şəxsin məktəbin şagirdlərinə atəş açdığı görünür. […]

Filippində Ateneo de Zamboanga Universitetinin məktəbində baş verən atışma nəticəsində azı iki nəfər ölüb.

Əks-səda xəbər verir ki, bu barədə ABS-CBN News telekanalı polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hücum edənin kimliyi müəyyənləşdirilir.

“Manila Bulletin” qəzetinin məlumatına əsasən, atışma zamanı şagirdlərdən biri hadisəni canlı yayımlayıb. Hadisə yerindən çəkilən görüntülərdə naməlum şəxsin məktəbin şagirdlərinə atəş açdığı görünür. Bildirilir ki, ehtimal olunan hücum edən şəxs daha sonra intihar edib.

Bununla belə, hazırda məlum olan ölənlərin sayına hücum edənin də daxil olub-olmadığı dəqiqləşdirilməyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.