Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı vasitəsilə Enerqodara (Ukraynanın işğal olunmuş ərazisi) endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Əks-səda xəbər verir ki, bu barədə Zaporojye vilayətinin “qubernatoru” Yevgeni Balitski məlumat verib.
Zərbə ictimai nəqliyyat dayanacağının yaxınlığına endirilib.
Hadisə yerində operativ xidmətlərin əməkdaşları işləyir, xəsarət alanlara tibbi yardım göstərilir.


