• Home  
  • Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər
- Gündəm - Ölkə

Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər

Azərbaycanda keçirilən “Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsi çərçivəsində təlim-məşq uçuşları reallaşdırılıb. Əks-səda xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi qulluqçuları, eləcə də aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Uçuşların gedişatında hərbi qulluqçular çətin pilotaj elementlərini icra edərək havada […]

Azərbaycanda keçirilən “Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsi çərçivəsində təlim-məşq uçuşları reallaşdırılıb.

Əks-səda xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi qulluqçuları, eləcə də aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Uçuşların gedişatında hərbi qulluqçular çətin pilotaj elementlərini icra edərək havada koordinasiya və döyüş tapşırıqlarının yerinə yetirilməsi istiqamətində praktiki təcrübələrini ortaya qoyublar.

Vurğulanıb ki, hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdirərək müəyyənləşdirilmiş tapşırıqları dəqiq şəkildə həyata keçiriblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.