• Home  
  • Finlandiyada Rusiya sərhədi yaxınlığında yerləşən zavodda partlayış baş verib
- Dünya - Gündəm - Hadisə

Finlandiyada Rusiya sərhədi yaxınlığında yerləşən zavodda partlayış baş verib

Finlandiyanın İmatra şəhərində “Stora Enso” şirkətinin sellüloz-kağız zavodunda partlayış olub. Əks-səda xəbər verir ki, bu barədə “Iltalehti” məlumat yayıb. Partlayış gecə saat 2 radələrində açıq havadakı anbar zonasının toplayıcı rezervuarlarının birində baş verib, yanğını səhər saat 4 radələrində tamamilə söndürmək mümkün olub. Xəsarət alan yoxdur. Məlumata görə, zavoddan əraziyə təxminən 50 kubmetr yağ dağılıb və yanğının […]

Finlandiyanın İmatra şəhərində “Stora Enso” şirkətinin sellüloz-kağız zavodunda partlayış olub.

Əks-səda xəbər verir ki, bu barədə “Iltalehti” məlumat yayıb.

Partlayış gecə saat 2 radələrində açıq havadakı anbar zonasının toplayıcı rezervuarlarının birində baş verib, yanğını səhər saat 4 radələrində tamamilə söndürmək mümkün olub. Xəsarət alan yoxdur.

Məlumata görə, zavoddan əraziyə təxminən 50 kubmetr yağ dağılıb və yanğının söndürülməsinə iki saatdan çox vaxt sərf olunub.

Müəssisə Rusiya ilə sərhəddən təxminən 10 km aralıda yerləşir.

“Yle” teleradioşirkətinin məlumatına görə, gölə təxminən 100 litr yağ sızmış ola bilər. Su sahəsi dövrəyə alınıb və maddə vakuum avtosisterninin köməyi ilə sudan təmizlənib. “Stora Enso” şirkəti “zədələri qiymətləndirmək və zəruri təmir işlərini həyata keçirmək üçün” müəssisənin fəaliyyətini dayandırıb.

“İstehsalın mərhələli şəkildə işə salınması təhlükəsiz olan kimi dərhal başlayacaq”, – şirkətin məlumatında deyilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.