• Home  
  • “Arsenal” Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəmək niyyətindədir
- Dünya - Gündəm - Idman

“Arsenal” Xulian Alvares üçün 100 milyon funt-sterlinq ödəmək niyyətindədir

Argentina milli komandasının heyətində dünya çempionu olan İspaniyanın “Atletiko” klubunun hücumçusu Xulian Alvares üçün İngiltərənin “Arsenal” komandası 100 milyon funt-sterlinq ödəmək niyyətindədir. Əks-səda “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 26 yaşlı forvardla ötən yay da maraqlanıb. Madrid klubunda uzunmüddətli qalmaq perspektivindən narazı olan argentinalı forvard indi “Arsenal”la danışıqlara başlamağa hazırdır. Qeyd edək ki, X.Alvares […]

Argentina milli komandasının heyətində dünya çempionu olan İspaniyanın “Atletiko” klubunun hücumçusu Xulian Alvares üçün İngiltərənin “Arsenal” komandası 100 milyon funt-sterlinq ödəmək niyyətindədir.

Əks-səda “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 26 yaşlı forvardla ötən yay da maraqlanıb.

Madrid klubunda uzunmüddətli qalmaq perspektivindən narazı olan argentinalı forvard indi “Arsenal”la danışıqlara başlamağa hazırdır.

Qeyd edək ki, X.Alvares La Liqanın cari mövsümündə “Atletiko”nun keçirdiyi 4 matçın heç birində start heyətində yer almayıb və məhsuldar göstərici ilə fərqlənməyib. Onun Madrid klubu ilə müqavilə müddəti 2030-cu ilin yayına qədərdir.

“Transfermarkt” portalı futbolçunun dəyərini 110 milyon avro qiymətləndirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.