• Home  
  • Çin ilk dəfə təkrar istifadə edilən daşıyıcı raketi uğurla yerə endirib
- Dünya - Gündəm - Texnologiya

Çin ilk dəfə təkrar istifadə edilən daşıyıcı raketi uğurla yerə endirib

Çinin özəl aerokosmik “LandSpace” şirkəti “Zhuque-3” (ZQ-3) kommersiya daşıyıcı raketinin uğurlu buraxılışını həyata keçirib. Əks-səda xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. Məlumata görə, ZQ-3 Çinin yalnız uğurla buraxılışı deyil, həm də quruya nəzarətli eniş edən ilk kommersiya buraxılış vasitəsi olub. Uçuş, yerli vaxtla səhər saat 7:35-də (Bakı vaxtı ilə səhər saat […]

Çinin özəl aerokosmik “LandSpace” şirkəti “Zhuque-3” (ZQ-3) kommersiya daşıyıcı raketinin uğurlu buraxılışını həyata keçirib.

Əks-səda xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Məlumata görə, ZQ-3 Çinin yalnız uğurla buraxılışı deyil, həm də quruya nəzarətli eniş edən ilk kommersiya buraxılış vasitəsi olub. Uçuş, yerli vaxtla səhər saat 7:35-də (Bakı vaxtı ilə səhər saat 3:35) ölkənin şimalındakı Szyuquan kosmodromundakı “Dunfen” buraxılış meydançasından baş tutub.

ZQ-3-ün ilk mərhələsi Çinin şimal-qərbindəki Qansu əyalətinin Minszin dairəsində xüsusi hazırlanmış əraziyə planlaşdırılan vaxtda eniş edib. Bu nailiyyət Çinin təkrar istifadə edilə bilən daşıyıcı raketlərinin yaradılması üçün əsas texnologiyaların mənimsənilməsində əhəmiyyətli irəliləyiş hesab olunur.

ZQ-3-ün ikinci mərhələsi “Honxu-3” kosmik gəmisini orbitə çıxarıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.