• Home  
  • İranda naməlum şəxslər hərbçilərə hücum edib, 3 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

İranda naməlum şəxslər hərbçilərə hücum edib, 3 nəfər ölüb

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Bampur şəhərində silahlı şəxslərin oktyabrın 5-də səhər saatlarında 2 hərbi avtomobilə hücumu nəticəsində 3 nəfər ölüb. Əks-səda xəbər verir ki, məlumatı “İran İnternational” yayıb. Qeyd edilib ki, hücum edənlər hərbi qulluqçuların istifadə etdiyi iki “Toyota” avtomobilini atəşə tutub. Avtomobillərin birində ən azı 3 nəfər ölüb. İkincisi isə atəş açıldıqdan sonra […]

Hadisə

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Bampur şəhərində silahlı şəxslərin oktyabrın 5-də səhər saatlarında 2 hərbi avtomobilə hücumu nəticəsində 3 nəfər ölüb.

Əks-səda xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.

Qeyd edilib ki, hücum edənlər hərbi qulluqçuların istifadə etdiyi iki “Toyota” avtomobilini atəşə tutub. Avtomobillərin birində ən azı 3 nəfər ölüb. İkincisi isə atəş açıldıqdan sonra aşıb. Bu maşındakı şəxslərin sayı və vəziyyəti məlum deyil.

İranın dövlət televiziyası hücumu “terror aktı” adlandıraraq zabitin öldüyünü qeyd edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.