Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb.
Əks-səda xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
ANAMA-nın qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib.
Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib.
Aşkar edilən hərbi sursat zərərsizləşdirilərək ərazinin təhlükəsizliyi təmin edilib.


