• Home  
  • Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı beşə çatıb
- Dünya - Gündəm - Hadisə

Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı beşə çatıb

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı beş nəfərə çatıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb. Daha əvvəl bir nəfərin öldüyü, dörd nəfərin qaya altında qaldığı bildirilib. Hadisə bazar ertəsi günü Heçi şəhər dairəsində yerləşən Nandan kəndində tikinti işləri aparılarkən baş verib. Hazırda fəlakətin nəticələrinin aradan […]

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Daha əvvəl bir nəfərin öldüyü, dörd nəfərin qaya altında qaldığı bildirilib.

Hadisə bazar ertəsi günü Heçi şəhər dairəsində yerləşən Nandan kəndində tikinti işləri aparılarkən baş verib.

Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

Hakimiyyət orqanları hadisənin səbəbini araşdırır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.