• Home  
  • Kolleclərə qeydiyyat prosesi başlayıb
- Elm - Gündəm - Ölkə

Kolleclərə qeydiyyat prosesi başlayıb

Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyat prosesi başlayıb. Əks-səda xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 – 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək: “Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. Şəkilsiz köhnə nəsil […]

Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyat prosesi başlayıb.

Əks-səda xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 – 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək:

“Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini “SİMA rəqəmsal imza” ilə açmalıdırlar”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.