• Home  
  • Türkiyədə bir gündə üç PUA-nın qalıqları aşkarlanıb
- Dünya - Gündəm - Hadisə

Türkiyədə bir gündə üç PUA-nın qalıqları aşkarlanıb

Türkiyədə bir gün ərzində üçüncü pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. Əks-səda xəbər verir ki, bu barədə “Nefes” qəzeti məlumat yayıb. Gövdə hissəsi Qara dəniz sahilində, Sakarya vilayətində tapılan PUA-nın digər hissələri Başoğlu kəndi ərazisindəki çimərlikdə aşkarlanıb. Aparatda partlayıcı maddə olmayıb. Qeyd edək ki, avqustun 15-də Türkiyənin şimalındakı Düzcə vilayətində də ehtimal olunan PUA düşüb. Aparat […]

Türkiyədə bir gün ərzində üçüncü pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb.

Əks-səda xəbər verir ki, bu barədə “Nefes” qəzeti məlumat yayıb.

Gövdə hissəsi Qara dəniz sahilində, Sakarya vilayətində tapılan PUA-nın digər hissələri Başoğlu kəndi ərazisindəki çimərlikdə aşkarlanıb. Aparatda partlayıcı maddə olmayıb.

Qeyd edək ki, avqustun 15-də Türkiyənin şimalındakı Düzcə vilayətində də ehtimal olunan PUA düşüb. Aparat Yeşilköy kəndindəki bağda aşkarlanıb. Həmin gün İstanbul vilayətinin sakinləri də beynəlxalq hava limanının yaxınlığında yerləşən sahildə PUA olduğu ehtimal edilən bir aparat tapıblar. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.