• Home  
  • P. Diddi Tupak Şakurun qətlində ittiham oluna bilər
- Dünya - Gündəm - Maqazin

P. Diddi Tupak Şakurun qətlində ittiham oluna bilər

P. Diddi (Pi Diddi) kimi tanınan prodüser Şon Con Kombs 1996-cı ildə amerikalı reper Tupak Şakurun qətli ilə bağlı ittiham oluna bilər. Əks-səda “The Daily Telegraph”a istinadən  xəbər verir ki, prokurorlar keçmiş “Compton Crips” dəstəsinin lideri Dueyn Kit Düvisin reperin qətlinin təşkilində iştirakını sübut edə bilsələr, Kombs ittihamlarla üzləşə bilər. Tupak Şakurun qətli işi üzrə […]

Maqazin

P. Diddi (Pi Diddi) kimi tanınan prodüser Şon Con Kombs 1996-cı ildə amerikalı reper Tupak Şakurun qətli ilə bağlı ittiham oluna bilər.

Əks-səda “The Daily Telegraph”a istinadən  xəbər verir ki, prokurorlar keçmiş “Compton Crips” dəstəsinin lideri Dueyn Kit Düvisin reperin qətlinin təşkilində iştirakını sübut edə bilsələr, Kombs ittihamlarla üzləşə bilər.

Tupak Şakurun qətli işi üzrə ilk dinləmə 18 avqustda baş tutub. Devis günahsız olduğunu bildirib. Məhkəmənin təxminən bir ay davam etməsi gözlənilir. Əgər təqsirli bilinsə, 63 yaşlı Davis ömürlük həbs cəzası ilə üzləşə bilər.

2023-cü ildə Devisin evində axtarış aparılıb və Tupak Şakurla bağlı bir neçə kompüter, fotoşəkil və materiallar müsadirə edilib. Devis sonra həbs edilib.

O, həbs edildikdən sonra Tupakın qətlinin Şon Kombs tərəfindən sifariş olunduğunu iddia edib.

Xatırladaq ki, Tupak Şakur 13 sentyabr 1996-cı ildə Las-Veqasda güllələnərək öldürülüb. Naməlum silahlı şəxslər 25 yaşlı reperin sürdüyü avtomobilə atəş açıblar. O, aldığı yaralardan bir neçə gün sonra ölüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.