Ukrayna Tatarıstanın Nijnekamsk şəhərindəki “TANEKO” neft emalı zavoduna (NEZ) və Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsindəki “Tamannefteqaz” neft terminalına zərbə endirib.
Əks-səda xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Telegram”dakı məlumatında bildirilib.
Baş Qərargahın məlumatına görə, obyektlərə zərbələr avqustun 19-da və avqustun 20-nə keçən gecə endirilib. Nəticədə “TANEKO” NEZ ərazisində və “Tamannefteqaz” terminalında yanğın qeydə alınıb.
Dəymiş ziyan dəqiqləşdirilir.


