• Home  
  • Oman sahillərində iki gəmi hücuma məruz qalıb
- Dünya - Gündəm - Hadisə

Oman sahillərində iki gəmi hücuma məruz qalıb

Oman sahillərində, Hörmüz boğazında Həsəb şəhərindən təxminən 4 dəniz mili qərbdə iki gəmi hücuma məruz qalıb. Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmiçiliyinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. Qeyd olunub ki, gəmilərdən birinin kapitanı dörd naməlum mərminin iki gəmiyə dəydiyini bildirib. Nəticədə gəmilərdən birində yanğın baş verib. İkinci gəminin […]

Hadisə

Oman sahillərində, Hörmüz boğazında Həsəb şəhərindən təxminən 4 dəniz mili qərbdə iki gəmi hücuma məruz qalıb.

Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmiçiliyinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Qeyd olunub ki, gəmilərdən birinin kapitanı dörd naməlum mərminin iki gəmiyə dəydiyini bildirib. Nəticədə gəmilərdən birində yanğın baş verib. İkinci gəminin vəziyyəti barədə isə hələlik məlumat yoxdur.

Hadisə məlumatı verən gəminin mövqeyindən təxminən 6 dəniz mili şimalda baş verib. Hazırda insidentlə bağlı araşdırma aparılır.

UKMTO bölgədən keçən digər gəmiləri ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.