Rumıniyanın “F-16” qırıcı təyyarəsi Konstansa sahillərində dəniz dronunu vurub.
Əks-səda xəbər verir ki, bu barədə Rumıniya mediası ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, dənizdə dreyf edən dronun olması barədə ticarət gəmisi məlumat verib. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki “F-16” təyyarəsi təcili olaraq Konstansadan təxminən 80 dəniz mili şərqdə kiçik dəniz dronunun aşkar edildiyi yerə doğru havaya qaldırılıb. Onlardan biri hədəfə göyərtə topundan atəş açaraq onu müvəffəqiyyətlə məhv edib.
Göyərtəsində Rumıniya Hərbi Dəniz Qüvvələrinin minatəmizləmə qrupunun (EOD) olduğu sahil mühafizə gəmisi baxış keçirmək üçün dronun aşkarlandığı yerə doğru hərəkət edir. Əməliyyat davam edir.


