• Home  
  • Türkiyənin “TUFAN” kamikadze dəniz dronu ilk dəfə suya endirilib
- Dünya - Gündəm - Maraqlı - Texnologiya

Türkiyənin “TUFAN” kamikadze dəniz dronu ilk dəfə suya endirilib

Türkiyənin dəniz döyüşlərində yeni nəsil zərbəedici qüvvə kimi hazırlanan “TUFAN” adlı pilotsuz kamikadze dəniz aparatı ilk dəfə suya endirilib. Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ASELSAN şirkətinin məlumatında qeyd olunub. Bildirilib ki, “TUFAN” pilotsuz kamikadze dəniz dronu TEKNOFEST festivalı çərçivəsində nümayiş olunur. Qeyd edək ki, “TUFAN” su səthində hərəkət edən kamikadze dəniz dronudur. […]

Türkiyə, dron, ASELSAN

Türkiyənin dəniz döyüşlərində yeni nəsil zərbəedici qüvvə kimi hazırlanan “TUFAN” adlı pilotsuz kamikadze dəniz aparatı ilk dəfə suya endirilib.

Əks-səda “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ASELSAN şirkətinin məlumatında qeyd olunub.

Bildirilib ki, “TUFAN” pilotsuz kamikadze dəniz dronu TEKNOFEST festivalı çərçivəsində nümayiş olunur.

Qeyd edək ki, “TUFAN” su səthində hərəkət edən kamikadze dəniz dronudur. O, yüksək partlayıcılıq qabiliyyətinə malik, avtonom və sürü şəklində fəaliyyət göstərə bilən platforma kimi təqdim edilir. Uzunluğu 8, eni isə 1,8 metrdir. Pilotsuz dəniz aparatının maksimal sürəti 50 knotdan çoxdur, bu da təxminən 93 km/saat sürət deməkdir.

“TUFAN”ın əməliyyat məsafəsi 200 dəniz milidir. Bu da təxminən 370 kilometr məsafəyə bərabərdir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.