• Home  
  • Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb
- Dünya - Gündəm - Hadisə

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Şimali Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97-yə çatıb. Əks-səda xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. Hökumət nümayəndəsi Monika Mutsvanqvanın daha əvvəl bildirdiyinə görə, 90 nəfər üçün nəzərdə tutulan bərə avqustun 11-də Zambezi çayı üzərindəki Kariba su anbarında təxminən 180 nəfəri daşıyıb. Daha əvvəl 93 nəfərin öldüyü, 77 […]

Zimbabve, hadisə

Şimali Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97-yə çatıb.

Əks-səda xəbər verir ki, bu barədə Zimbabve Milli Polis Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Hökumət nümayəndəsi Monika Mutsvanqvanın daha əvvəl bildirdiyinə görə, 90 nəfər üçün nəzərdə tutulan bərə avqustun 11-də Zambezi çayı üzərindəki Kariba su anbarında təxminən 180 nəfəri daşıyıb.

Daha əvvəl 93 nəfərin öldüyü, 77 nəfərin isə xilas edildiyi bildirilmişdi. Bir neçə nəfər itkin düşüb.

Kariba su anbarında axtarış-xilasetmə işləri davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.