• Home  
  • Rusiyadan Ermənistana qaz tədarükü bərpa edilib
- Dünya - Gündəm - İQTİSADİYYAT

Rusiyadan Ermənistana qaz tədarükü bərpa edilib

Rusiyadan Ermənistana təbii qaz tədarükü bu gün bərpa olunub. Əks-səda xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb. “Sentyabrın 25-dən Şimali Qafqaz – Zaqafqaziya magistral qaz kəməri ilə Ermənistana təbii qazın tədarükü bərpa edilib. Qazın nəqli Rusiya ərazisində qeyd olunan qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılması ilə əlaqədar sentyabrın 15-dən müvəqqəti olaraq […]

Rusiya

Rusiyadan Ermənistana təbii qaz tədarükü bu gün bərpa olunub.

Əks-səda xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.

“Sentyabrın 25-dən Şimali Qafqaz – Zaqafqaziya magistral qaz kəməri ilə Ermənistana təbii qazın tədarükü bərpa edilib. Qazın nəqli Rusiya ərazisində qeyd olunan qaz kəmərində planlı profilaktik və təmir işlərinin aparılması ilə əlaqədar sentyabrın 15-dən müvəqqəti olaraq dayandırılmışdı”, – məlumatda bildirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.