• Home  
  • Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb
- Dünya - Gündəm - Hadisə

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Rusiya qoşunları Ukraynanın Xerson, Zaporojye və Xarkov vilayətlərinə hücum edib, nəticədə 3 nəfər ölüb, 29 nəfər yaralanıb. Əks-səda xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarından məlumat verilib. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiyanın vilayəti atəşə tutması nəticəsində 1 nəfər ölüb, 23 nəfər yaralanıb. Rusiya qoşunları sutka ərzində Zaporojye vilayətində 51 yaşayış […]

Ukrayna, Rusiya, PUA

Rusiya qoşunları Ukraynanın Xerson, Zaporojye və Xarkov vilayətlərinə hücum edib, nəticədə 3 nəfər ölüb, 29 nəfər yaralanıb.

Əks-səda xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarından məlumat verilib.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiyanın vilayəti atəşə tutması nəticəsində 1 nəfər ölüb, 23 nəfər yaralanıb.

Rusiya qoşunları sutka ərzində Zaporojye vilayətində 51 yaşayış məntəqəsinə 1 069 zərbə endirib. Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, hücumlar nəticəsində dörd nəfər yaralanıb.

Bundan başqa, gecə saatlarında Rusiya qoşunları Xarkov vilayətinin Çuquyev rayonunun Lebyajye kəndinə altı pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, hücum nəticəsində iki qadın həlak olub, daha iki qadın isə yaralanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.