• Home  
  • Gürcüstanda 1,5 milyon lari dəyərində narkotik müsadirə edilib
- Dünya - Gündəm - KriminaI

Gürcüstanda 1,5 milyon lari dəyərində narkotik müsadirə edilib

Gürcüstanda 1,5 milyon lari (576 min ABŞ dolları) dəyərində narkotik müsadirə edilib. Əks-səda xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda narkotik maddənin ölkə ərazisində yayılmasının qarşısını alıb. DİN-in məlumatına görə, polis əməkdaşları dörd kiloqrama qədər “Alfa-PVP” narkotik maddəsi müsadirə edib. Narkotik vasitələrin qara bazardakı […]

Gürcüstan, narkotik

Gürcüstanda 1,5 milyon lari (576 min ABŞ dolları) dəyərində narkotik müsadirə edilib.

Əks-səda xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı külli miqdarda narkotik maddənin ölkə ərazisində yayılmasının qarşısını alıb.

DİN-in məlumatına görə, polis əməkdaşları dörd kiloqrama qədər “Alfa-PVP” narkotik maddəsi müsadirə edib. Narkotik vasitələrin qara bazardakı ümumi dəyərinin təxminən 1,5 milyon lari olduğu bildirilir.

Əməliyyat çərçivəsində xarici ölkə vətəndaşı saxlanılıb. İstintaqın məlumatına görə, həmin şəxs xaricdən gizli şəkildə Gürcüstana göndərilən narkotik maddəni qəbul edərək satmağı planlaşdırıb.

Hüquq-mühafizə orqanları narkotik vasitələrin Gürcüstanın regionlarından birinə göndərilməsindən sonra bağlamanın alıcısına nəzarətli şəkildə çatdırılmasını təmin edib. Saxlanılan şəxs bağlamanı Tbilisidəki dayanacaqdan götürdükdən sonra şəhəri tərk etməyə çalışıb.

Polis onu Tbilisidən çıxışda avtomobil idarə edərkən saxlayıb. Avtomobilə baxış zamanı narkotik vasitələrin olduğu bağlama və onların qablaşdırılması üçün nəzərdə tutulan materiallar aşkarlanaraq müsadirə edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və satışına cəhdlə bağlı maddələri üzrə istintaq aparılır.

DİN bildirir ki, təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük həbs cəzası gözləyə bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.