• Home  
  • Ryazana kütləvi PUA hücumu səbəbindən neft emalı zavodunda yanğın baş verib
- Dünya - Gündəm - Hadisə

Ryazana kütləvi PUA hücumu səbəbindən neft emalı zavodunda yanğın baş verib

Rusiyanın Ryazan vilayətində kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu səbəbindən neft emalı zavodunun (NEZ) ərazisində yanğın baş verib. Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Pavel Malkov məlumat verib. “Bu gün gecə və səhər saatlarında regionumuz kütləvi PUA hücumuna məruz qalıb. Neft emalı zavodunun ərazisində yanğın baş verib”, – o yazıb. Qubernator […]

Rusiyanın Ryazan vilayətində kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu səbəbindən neft emalı zavodunun (NEZ) ərazisində yanğın baş verib.

Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Pavel Malkov məlumat verib.

“Bu gün gecə və səhər saatlarında regionumuz kütləvi PUA hücumuna məruz qalıb. Neft emalı zavodunun ərazisində yanğın baş verib”, – o yazıb.

Qubernator bildirib ki, həmçinin başqa bir müəssisənin ərazisində anbar və avtomobillərə ziyan dəyib.

İlkin məlumata görə, xəsarət alan yoxdur, maddi ziyan qiymətləndirilir. O bildirib ki, hadisə yerində operativ xidmətlər işləyir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.