• Home  
  • Xorvatiyada təyyarə qəzasında iki nəfər ölüb
- Digər - Gündəm - Hadisə

Xorvatiyada təyyarə qəzasında iki nəfər ölüb

Adriatik dənizi sahilində, Xorvatiyanın Zadar şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Əks-səda xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, təyyarə Çexiyadan havaya qalxıb. “Radarlardan itən kiçik təyyarənin tapılması üzrə axtarış əməliyyatı saat 22:00 radələrində (Bakı vaxtı ilə şənbə günü gecə yarısı – red.) başa çatıb. Xorvatiya […]

Xorvatiya

Adriatik dənizi sahilində, Xorvatiyanın Zadar şəhəri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, təyyarə Çexiyadan havaya qalxıb.

“Radarlardan itən kiçik təyyarənin tapılması üzrə axtarış əməliyyatı saat 22:00 radələrində (Bakı vaxtı ilə şənbə günü gecə yarısı – red.) başa çatıb. Xorvatiya Dağ-Xilasetmə Xidmətinin mütəxəssisləri hava gəmisinin qalıqlarını və həlak olan iki nəfərin cəsədini aşkar ediblər”, – polisin məlumatında bildirilib.

Təyyarənin qalıqları Zadardan 60 km aralıda yerləşən Paklenitsa milli parkının ərazisində, dağlıq bölgədə aşkarlanıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.