• Home  
  • BƏƏ-dən gələn iki nəfərdən 655 karata yaxın brilyant qaşlar aşkar edilib
- Gündəm - Hadisə - KriminaI - Ölkə

BƏƏ-dən gələn iki nəfərdən 655 karata yaxın brilyant qaşlar aşkar edilib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib. Əks-səda Komitəyə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan vətəndaşı gömrük yoxlamasına cəlb edilib. Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib. Ekspertizanın […]

Hadisə

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.

Əks-səda Komitəyə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə gələn iki nəfər Azərbaycan vətəndaşı gömrük yoxlamasına cəlb edilib.

Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.

Ekspertizanın rəyinə əsasən həmin brilyant qaşların ümumilkdə çəkisi 654.90 karatdır.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.