• Home  
  • “Priska” siklonu Belarusda yüzlərlə yaşayış məntəqəsini elektriksiz qoyub
- Dünya - Gündəm - Hadisə

“Priska” siklonu Belarusda yüzlərlə yaşayış məntəqəsini elektriksiz qoyub

Belarusun energetikləri “Priska” siklonunun keçməsindən sonra bərpa işlərini davam etdirirlər. Fırtınanın nəticələri ölkə daxilində yüzlərlə yaşayış məntəqəsinin enerji təchizatına təsir göstərib. Əks-səda Belarusun Energetika Nazirliyinə istinadən xəbər verir ki, 22 avqusta olan məlumata görə, 659 yaşayış məntəqəsində bərpa işləri davam etdirilib. Fırtına nəticəsində 1 876 transformator yarımstansiyası, 179 10 kV-luq elektrik xətti, 12 35 kV-luq xətt […]

Belarus

Belarusun energetikləri “Priska” siklonunun keçməsindən sonra bərpa işlərini davam etdirirlər. Fırtınanın nəticələri ölkə daxilində yüzlərlə yaşayış məntəqəsinin enerji təchizatına təsir göstərib.

Əks-səda Belarusun Energetika Nazirliyinə istinadən xəbər verir ki, 22 avqusta olan məlumata görə, 659 yaşayış məntəqəsində bərpa işləri davam etdirilib.

Fırtına nəticəsində 1 876 transformator yarımstansiyası, 179 10 kV-luq elektrik xətti, 12 35 kV-luq xətt və yeddi 110 kV-luq xətt sıradan çıxıb.

Elektrik enerjisinin kəsintiləri həmçinin 31 ferma və 16 qazanxanaya təsir edib.

Siklonun nəticələrinin aradan qaldırılması üçün 315 qəza-bərpa briqadası və 427 ədəd texnika cəlb edilib. Energetiklər elektrik enerjisinin bərpasını və zədələnmiş infrastrukturu təmirini davam etdirirlər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.