• Home  
  • Oman sahillərində neft tankerinə hücum edilib
- Dünya - Gündəm - Hadisə

Oman sahillərində neft tankerinə hücum edilib

Oman sahillərində neft tankeri hücum nəticəsində zədələnib və hərəkətini itirib. Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. Hadisə Əş-Şişahdan 9 dəniz mili şimal-şərqdə baş verib. UKMTO-nun məlumatına görə, tankerin kapitanı naməlum mərminin gəmiyə dəydiyini bildirib. Hücum nəticəsində mühərrik hissəsi zədələnib, bundan sonra tanker hərəkətini itirib. […]

Hadisə

Oman sahillərində neft tankeri hücum nəticəsində zədələnib və hərəkətini itirib.

Əks-səda xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

Hadisə Əş-Şişahdan 9 dəniz mili şimal-şərqdə baş verib. UKMTO-nun məlumatına görə, tankerin kapitanı naməlum mərminin gəmiyə dəydiyini bildirib.

Hücum nəticəsində mühərrik hissəsi zədələnib, bundan sonra tanker hərəkətini itirib.

Ekipaj təhlükəsiz şəraitdədir. Ətraf mühitə heç bir ziyan dəyməyib.

Digər təfərrüatlar, o cümlədən gəminin adı, qeydiyyat limanı açıqlanmır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.