Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Əks-səda xəbər verir ki, Rəsulov Pərviz Salman oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Xətai rayonu, Yusif Səfərov küçəsində 1994-cü il təvəllüdlü Əlizadə Samir Qeys oğlunu vuraraq xəsarət yetirib.
Nəticədə piyada Samir Əlizadə aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


