Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Əks-səda xəbər verir ki, bu barədə “İnterfaks” Almaniya Geoelmlər Araşdırma Mərkəzinə (GFZ) istinadən məlumat yayıb.
“Zəlzələnin ocağı Xuzdar dairəsində təxminən 10 km dərinlikdə yerləşib”, – mərkəzdən bildirilib.
Bölgədə 14,9 milyondan çox insan yaşayır. Dağıntılar barədə məlumat daxil olmayıb.


