• Home  
  • “Yuventus”un qapıçısı Mattia Perin “Palermo”ya keçib
- Dünya - Gündəm - Idman

“Yuventus”un qapıçısı Mattia Perin “Palermo”ya keçib

İtaliyanın “Yuventus” klubunun qapıçısı Mattia Perin “Palermo”ya transfer olunub. Əks-səda Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, italyalı qolkiper yeni klubu ilə rəsmi müqavilə imzalayıb. M.Perin 2018-ci ilin yayından “Yuventus”da çıxış edib. Təcrübəli qapıçı Turin təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 71 rəsmi oyuna çıxıb. Qeyd edək ki, M.Perin “Yuventus”un heyətində 4 titul qazanıb. O, […]

İdman

İtaliyanın “Yuventus” klubunun qapıçısı Mattia Perin “Palermo”ya transfer olunub.

Əks-səda Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, italyalı qolkiper yeni klubu ilə rəsmi müqavilə imzalayıb.

M.Perin 2018-ci ilin yayından “Yuventus”da çıxış edib. Təcrübəli qapıçı Turin təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 71 rəsmi oyuna çıxıb.

Qeyd edək ki, M.Perin “Yuventus”un heyətində 4 titul qazanıb. O, komanda ilə 2 dəfə A Seriyasının, 1 dəfə İtaliya Kubokunun və 1 dəfə İtaliya Superkubokunun qalibi olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.