• Home  
  • “Fənərbağça” 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib
- Dünya - Gündəm - Idman

“Fənərbağça” 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib

Türkiyənin “Fənərbağça” klubu 18 ildən sonra UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak etmək hüququ qazanıb. Əks-səda xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda səfərdə Fransanın “Lion” komandasını 2:1 hesabı ilə məğlub edib. “Sarı-lacıvərdlilər”in qollarını Vedat Muriqi (24) və Arçi Braun (28) vurublar. Ev sahiblərinin heyətində isə Malik Fofana (61) fərqlənib. İstanbulda keçirilən ilk qarşılaşma […]

İdman

Türkiyənin “Fənərbağça” klubu 18 ildən sonra UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak etmək hüququ qazanıb.

Əks-səda xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda səfərdə Fransanın “Lion” komandasını 2:1 hesabı ilə məğlub edib.

“Sarı-lacıvərdlilər”in qollarını Vedat Muriqi (24) və Arçi Braun (28) vurublar. Ev sahiblərinin heyətində isə Malik Fofana (61) fərqlənib.

İstanbulda keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

Beləliklə, iki oyunun nəticəsinə əsasən rəqibini 3:2 hesabı ilə üstələyən “Fənərbağça” 2008/09 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.