• Home  
  • UEFA Çempionlar Liqası: əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib
- Dünya - Gündəm - Idman

UEFA Çempionlar Liqası: əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib

2026/2027-ci illər mövsümü UEFA Çempionlar Liqası təsnifat mərhələsinin pley-off oyunlarının ikinci axşamının yekunlarına görə turnirin ümumi mərhələsinə çıxan son dörd komanda müəyyənləşib. Əks-səda xəbər verir ki, turnirin həlledici mərhələsində “Fənərbağça” (Türkiyə), AEK (Yunanıstan), “Vikinq” (Norveç) və “Slovan” (Bratislava) klubları çıxış etmək hüququnu qazanıb. Ötən gün ümumi mərhələyə vəsiqələri İsrailin “Hapoel Beer-Şeva” komandasına qalib gələn Bakının “Sabah” […]

İdman

2026/2027-ci illər mövsümü UEFA Çempionlar Liqası təsnifat mərhələsinin pley-off oyunlarının ikinci axşamının yekunlarına görə turnirin ümumi mərhələsinə çıxan son dörd komanda müəyyənləşib.

Əks-səda xəbər verir ki, turnirin həlledici mərhələsində “Fənərbağça” (Türkiyə), AEK (Yunanıstan), “Vikinq” (Norveç) və “Slovan” (Bratislava) klubları çıxış etmək hüququnu qazanıb.

Ötən gün ümumi mərhələyə vəsiqələri İsrailin “Hapoel Beer-Şeva” komandasına qalib gələn Bakının “Sabah” (1:2, 5:2), “Seltik”i (Şotlandiya) məğlub edən LASK (Avstriya) (0:3, 5:1) və “NEC Neymegen”i (Niderland) üstələyən “Budyo Qlimt” (Norveç) (3:1, 3:0) əldə edib.

Beləliklə, Çempionlar Liqasının ümumi mərhələsində aşağıdakı 36 komanda oynayacaq:

“Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa”, “Liverpul” (hamısı İngiltərə), “Barselona”, “Real Madrid”, “Vilyarreal”, “Atletiko”, “Betis” (hamısı İspaniya), “İnter”, “Napoli”, “Roma”, “Komo” (hamısı İtaliya), “Bavariya”, “Borussiya”, “RB Leypsiq”, “Ştutqart” (hamısı Almaniya), “PSJ”, “Lans”, “Lill” (hamısı Fransa), PSV, “Feyenoord” (hər ikisi – Niderland), “Portu”, “Sportinq” (hər ikisi Portuqaliya), “Brügge” (Belçika), “Slaviya” (Çexiya), “Qalatasaray”, “Fənərbağça” (hər ikisi Türkiyə), “Şaxtyor” (Ukrayna), “Budyo Qlimt”, “Vikinq” (hər ikisi Norveç), “Sabah” (Azərbaycan), LASK (Avstriya), AEK (Yunanıstan) və “Slovan” (Bratislava).

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.