• Home  
  • “The Telegraph”: Almaniya Britaniyanın “Trident” nüvə sisteminə yatırım etmək niyyətindədir
- Dünya - Gündəm - Texnologiya

“The Telegraph”: Almaniya Britaniyanın “Trident” nüvə sisteminə yatırım etmək niyyətindədir

Almaniya Böyük Britaniyanın dəniz bazalı “Trident” (“Üçdişli nizə”) nüvə sisteminə maliyyə investisiyaları barədə danışıqlar aparır, həmçinin Fransanın nüvə çətirinə qoşulmaqda maraqlıdır. Əks-səda xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən yazıb. Nəşrin məlumatlı həmsöhbətinin sözlərinə görə, Almaniya hakimiyyəti İkinci Dünya müharibəsinə görə günahkarlıq hissi ilə əlaqədar öz nüvə silahını yaratmaq əvəzinə bu variantı üstün tutur. […]

Dünya

Almaniya Böyük Britaniyanın dəniz bazalı “Trident” (“Üçdişli nizə”) nüvə sisteminə maliyyə investisiyaları barədə danışıqlar aparır, həmçinin Fransanın nüvə çətirinə qoşulmaqda maraqlıdır.

Əks-səda xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən yazıb.

Nəşrin məlumatlı həmsöhbətinin sözlərinə görə, Almaniya hakimiyyəti İkinci Dünya müharibəsinə görə günahkarlıq hissi ilə əlaqədar öz nüvə silahını yaratmaq əvəzinə bu variantı üstün tutur.

Qəzet qeyd edib ki, ABŞ-nin Avropadan qoşunlarını çıxaracağı ilə bağlı narahatlıqlar səbəbindən Berlin, London və Paris arasında danışıqlar son aylarda intensivləşib.

Həmçinin bildirilib ki, Almaniyadakı hərbi strateqlər Böyük Britaniyanın çəkindirmə qüvvələrinin fəaliyyətini dəstəkləmək üçün nizami qoşunların göndərilməsi imkanını nəzərdən keçirirlər.

Bura Almaniyanın yerüstü “Patriot” zenit-raket komplekslərinin Böyük Britaniyanın “Trident” donanmasının yerləşdiyi Şotlandiyadakı “Fasleyn” sualtı qayıq bazası kimi əsas məkanlarda yerləşdirilməsi daxil ola bilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.