• Home  
  • Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var
- Gündəm - Hadisə - Ölkə

Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var

Beyləqan rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var. Əks-səda xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Firidun Süleyman oğlu Məhərrəmovun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü, həmçinin avtomobildə olan 1958-ci il təvəllüdlü Səməd Musa oğlu Rzayev, 1982-ci il təvəllüdlü Elgün […]

Beyləqan rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.

Əks-səda xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Firidun Süleyman oğlu Məhərrəmovun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü, həmçinin avtomobildə olan 1958-ci il təvəllüdlü Səməd Musa oğlu Rzayev, 1982-ci il təvəllüdlü Elgün İsa oğlu Rzayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.