• Home  
  • Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
- Dünya - Gündəm - Hadisə

Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub

Fransanın Limoges şəhərində kütləvi iğtişaşlar zamanı baş verən yanğın nəticəsində meriya binasının zəng qülləsi uçub, binanın dam örtüyünün bir hissəsi zədələnib. Əks-səda xəbər verir ki, bu barədə France 3 telekanalı məlumat yayıb. Tarixi binanın qülləsinin uçması ilə bağlı görüntülər mediada dərc olunub. Məlumata görə, radikal düşüncəli etirazçıların bir neçə qrupu meriya binasına daxil olaraq birinci mərtəbədəki […]

Fransanın Limoges şəhərində kütləvi iğtişaşlar zamanı baş verən yanğın nəticəsində meriya binasının zəng qülləsi uçub, binanın dam örtüyünün bir hissəsi zədələnib.

Əks-səda xəbər verir ki, bu barədə France 3 telekanalı məlumat yayıb.

Tarixi binanın qülləsinin uçması ilə bağlı görüntülər mediada dərc olunub. Məlumata görə, radikal düşüncəli etirazçıların bir neçə qrupu meriya binasına daxil olaraq birinci mərtəbədəki otaqları alovlandırdıqdan sonra yanğın başlayıb.

Daha sonra binanın yaxınlığında park edilmiş bir neçə avtomobil də yandırılıb. Sonradan həmin avtomobillərdə partlayışlar baş verib.

Yanğınsöndürənlər təxminən bir saat ərzində alovu lokallaşdırmağa çalışsalar da, yanğın dam örtüyünə yayılıb. Daha bir saat sonra alov zəng qülləsini bürüyüb və nəticədə qüllə uçaraq damın bir hissəsini dağıdıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Limoges şəhərinin meri Giyom Gerən baş verənləri kəskin pisləyib. “Baş verənləri pisləmək üçün söz tapmaq çətindir, çünki bu, son dərəcə alçaq hərəkətdir. Ölkə üçün bu, xaosdur”, – o bildirib.

Merin sözlərinə görə, videomüşahidə kameralarının qeydləri iğtişaş iştirakçılarının binaya “öldürmək üçün gəldiklərini” göstərir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.