Rusiya ordusu Poltava vilayətinin Kremençuq şəhərindəki neft emalı zavoduna və Kiyev vilayətinin Borispol şəhərindəki nəqliyyat-logistika mərkəzinə kütləvi zərbə endirib.
Əks-səda Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.
“Kütləvi zərbə nəticəsində Borispol şəhərindəki nəqliyyat-logistika mərkəzi (“Aleksandrovski” ofis-logistika kompleksi) vurulub”, – məlumatda qeyd olunub.


