• Home  
  • “Çelsi” Aleks Skott üçün təklifini 105 milyon avroya çatdırıb
- Dünya - Gündəm - Idman

“Çelsi” Aleks Skott üçün təklifini 105 milyon avroya çatdırıb

İngiltərənin “Çelsi” klubu Premyer Liqanın digər təmsilçisi “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu transfer etmək üçün 105 milyon avro təklif edib. Əks-səda xəbər verir ki, London təmsilçisinin 23 yaşlı futbolçu üçün daha əvvəl etdiyi 80 milyon avroluq təklif rədd edildiyindən məbləğ artırılıb. Aleks Skott “Bornmut”un 2026-cı ildə təklif etdiyi yeni müqaviləni qəbul etməyib. Yay “transfer pəncərəsi”ndə onunla İngiltərənin […]

İdman

İngiltərənin “Çelsi” klubu Premyer Liqanın digər təmsilçisi “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu transfer etmək üçün 105 milyon avro təklif edib.

Əks-səda xəbər verir ki, London təmsilçisinin 23 yaşlı futbolçu üçün daha əvvəl etdiyi 80 milyon avroluq təklif rədd edildiyindən məbləğ artırılıb.

Aleks Skott “Bornmut”un 2026-cı ildə təklif etdiyi yeni müqaviləni qəbul etməyib. Yay “transfer pəncərəsi”ndə onunla İngiltərənin digər klubları – “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem” və “Mançester Siti” də maraqlanıb. Daha əvvəl “Arsenal”ın da təklifi qəbul olunmayıb.

Qeyd edək ki, A.Skott 2023-cü ilin avqustundan “Bornmut”da çıxış edir, klubla müqaviləsi 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi 2025/2026 mövsümündə 39 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı onun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.