Türkiyənin “Beşiktaş” klubu Almaniyanın “Bayer 04” komandasının forvardı Ernest Pokunu icarəyə götürüb.
Əks-səda xəbər verir ki, müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Anlaşmada müəyyən şərtlərlə futbolçunun transfer hüquqlarının sonradan satın alınması öhdəliyi yer alıb.
22 yaşlı niderlandlı hücumçu 2025-ci ilin avqustundan “Bayer 04″də forma geyinir və Leverkuzen təmsilçisi ilə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir. O, 2025/2026 mövsümündə 49 matçda meydana çıxaraq 6 qol vurub və 10 məhsuldar ötürmə edib.
Oyunçu daha əvvəl yetirməsi olduğu AZ komandasında çıxış edib. “Transfermarkt” portalı onun dəyərini 25 milyon avro qiymətləndirir.


