• Home  
  • Haaqada “Bosniya qəssabı” Ratko Mladiç ölüb
- Dünya - Gündəm - Hadisə

Haaqada “Bosniya qəssabı” Ratko Mladiç ölüb

Bosniya və Herseqovinada törətdiyi hərbi cinayətlərə görə cəza çəkən Bosniya serblərinin generalı Ratko Mladiç bu gün 84 yaşında ölüb. Əks-səda xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb. Qeyd olunur ki, o, BMT-nin Haaqadakı istintaq təcridxanasında vəfat edib. Mladiç Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının keçmiş generalı və komandanı olub. Keçmiş […]

Bosniya və Herseqovinada törətdiyi hərbi cinayətlərə görə cəza çəkən Bosniya serblərinin generalı Ratko Mladiç bu gün 84 yaşında ölüb.

Əks-səda xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Qeyd olunur ki, o, BMT-nin Haaqadakı istintaq təcridxanasında vəfat edib.

Mladiç Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının keçmiş generalı və komandanı olub. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal hərbi cinayətlərə görə onu ömürlük həbs cəzasına məhkum etmişdi.

Bosniya müharibəsi dövründə 1995-ci ildə Srebrenitsa qətliamındakı roluna görə Mladiçə “Bosniya qəssabı” ləqəbini vermişdilər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.